İyun 22, 2018 09:22 Asia/Baku
  • General-mayor Hüseyn Salami
    General-mayor Hüseyn Salami

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi düşmənin İranla müahribə üçün bütün potensialları itirdiyini ibldirərək deyib: Düşmən zəifləyib və tezliklə məhv olacaqdır.

General-mayor Hüseyn Salami cümə axşamı gecə İranın şimal-şərqində Məşhədin Firdovsi Universitetində düşmənlərin İRan əleyhinə müharibəyə girməməsinin səbəbini İslam Respublikasının qüdrəti adlandırıb və deyib: Düşmənin bütün strateji göstəriciləri İslam Respublikasının ixtiyarındadır və düşmənlər İranla müharibənin qlobal cəhəti olduğunu və dünyada qüdrəti dəyişəcəyini bilirlər. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi əlavə edib: İranın bölgədəki nüfuzu mənəvidir və sıradan çıxarıla bilməz. Düşmən İslam İnqilabının regional nüfuzunu azaltmaq və kəsməklə İrana zərbə vurmağa çalışır. 

General Salami xatırladıb: Amerikalılar İraq və Suriyada 7 trilyon dollar vəsait xərclədilər və bu ölkə prezidentinin etirafına görə, heç bir mənfəət götürmədilər. Bu, İranın region olaylarında qalib gəldiyini göstərir. 

Sepahın komandan əvəzi deyib: İslam müqaviməti mehvəri sionist rejim sərhədlərində formalaşıb və ABŞ və qərb bu beynəlxalq islam qüdrəti ilə mübarizə aparmaqda acizdir. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi sonda xatırladıb: İslam müqavimət mehvəri İslam İnqilabı və quruluşu üçün etibarlı önləyici qüdrətdir və İsrail rejimiin amalları və məqsədlərinin uğursuzluqla üzləşməsinə səbəb olub. 

Teqlər