İyun 23, 2018 13:08 Asia/Baku
  • İran AET sədri Tehrana geri dönüb
    İran AET sədri Tehrana geri dönüb

Norveç rəsmilərinin dəvəti ilə və "Oslo Forum" iclasında iştirak etmək üçün bu ölkəyə səfər etmiş İranın Atom Enerjisi Təşkilatının sədri bu gün Tehrana geri dönüb.

Əli Əkbər Salehi dünən "Oslo Forum" iclasında Amerikanın İranın uran zənginləşdirilməsini dayandırmağa səy göstərməsinə işarə edərək, deyib: Ümumiyyətlə, nüvə anlaşması üzrə müzakirələr bu siyasətin kənara qoyulması və Amerikanın rəftarının dəyişməsilə başlanmışdı.

Salehi bu forumda nüvə anlaşmasının qorunmasını dünya ictimaiyyəti üçün bir sınaq adlandırıb. O, vurğulayıb: Əgər İranın bu anlaşmadan olan hədəfi əldə olunmazsa, onun qorunub saxlanılması mümkünsüzdür və sanksiyaların qalması ilə bir zamanda nüvə anlaşmasının qorunması olan iş deyil.

Forum iştirakçıları da öz nəzər və suallarını veriblər. Bu nəzər və suallar nüvə anlaşmasına dəstəyi, bu nailiyyətin qorunub saxlanılması vacibliyini və İrandan Amerikanın hərəkətləri qarşısında təmkinlilik göstərməsinin istənilməsini əhatə edibdir.

Teqlər