İyun 28, 2018 14:57 Asia/Baku
  • Bəndərabbasda Dünyanın ən böyük qaz kondensatı zavodunun 2-ci fazası istifadəyə verilib

Dünyanın ən böyük qaz kondensatı zavodu olaraq Fars Körfəzi Ulduzu Qaz Kondensatı Zavodunun 2-ci fazası İran İslam Respublikası prezidentinin iştirakı ilə istifadəyə verilib.

İran Prezident Aparatının internet portalının verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı günü Fars Körfəzi Ulduzu Zavodu, zavodun nəzarət palatası və müxtəlif hissələri ilə, eləcə də rəsmilərin məlumatı ilə bu böyük obyektin fəaliyyəti və istehsal həcmi ilə yaxından tanış olub.

Fars Körfəzi Ulduzu Zavodunun 2-ci fazasının istifadəyə verilməsi ilə Euro 5 benzinin istehsalı gündə 12 milyon litrdən 24 milyon litrə, neft-qaz istehsalı isə 4 milyondan 8 milyon litrə çatacaq.

Fars Körfəzi Ulduzu Qaz Kondensatları Zavodu qaz kondensatlarıına əsasən dizayn olunan ilk zavoddur. Gündə 360 min istehsal həcminə malikdir. 120 min barel benzin, dizel, maye qaz və jet yanacağını istehsal etmək məqsədini daşıyır. Zavod İranın cənubunda Hörmüzqan vilayətinin mərkəzində Bəndər Abbasın 25 kilometr qərbində inşa olunub.

Euro 5 standartına uyğun gündəlik 36 milyon litr benzin, 14 milyon litr ağır və yüngül dizel, 3 milyon litrdən çox jet yanacağı, 4 milyon litrdən çox maye qaz, 130 ton bərk kükürd, 425 ton hidrogen istehsalı bu zavodun yekun məhsullarından hesab olunur.

Teqlər