İyul 02, 2018 13:09 Asia/Baku
  • Biləsuvar sərhəddindən minik avtomobilləri keçə bilər
    Biləsuvar sərhəddindən minik avtomobilləri keçə bilər

Ərdəbil İcra başçısının iqtisadi məsələlər üzrə koordinasiya müavini MDB ölkələri xüsusilə Azərbaycan Respublikası vətəndaşlarının təkrar tələblərini nəzərə alaraq Biləsuvar sərhəd keçidindən minik avtomobillərinin İran ərazisinə keçməsi icazəsinin verilməsindən xəbər verib.

Ərdəbil icra hakimiyyətinin mətbuat xidmətinin verdiyi məlumata görə, Bəhmən Hüseynzadə deyib: Biləsuvar gömrüyündən icazə alaraq Azərbaycan Respubliksı vətəndaşları 15 gün, digər MDB ölkələri vətəndaşları isə 3 ay müddətində İran İslam Respublikası ərazisində öz şəxsi minik avtomobilləri ilə gediş-gəliş edə bilərlər. 

Ərdəbil icra başçısının müavini deyib: Bu qərar vilayətin qonşu ölkələrlə əlaqələrinin inkişafına öz töhfəsini verəcəkdir. 

O qonşu ölkələrlə ticarət, siyasi və ictimai əlaqələrin inkişafının prioritet təşkil etdiyini bildirərək deyib: Biləsuvar gömrüyü vasitəsi ilə xarici vətəndaşlara minik avtomobili ilə İrana səfər imkanı yaradılaraq, iqtisadi mübadilələrin həcmi artacaq, həmçinin müalicə turizmi, eləcə də istisu istirahət-müalicə komplekslərinə tələbatın artması ilə nəticələnəcək. 

Teqlər