İyul 02, 2018 14:08 Asia/Baku
  • General Rəşid: İran hərhansı təhdidə qətiyyətli cavab verəcək
    General Rəşid: İran hərhansı təhdidə qətiyyətli cavab verəcək

İranın Xatəmül-ənbiya(s) mərkəzi qərargahının komandanı İran İslam Respublikası silahlı qüvvələrinin terrorçu və təkfirçi qrupların hərhansı təhdidlərinə qarşı keçmişdəkindən daha hazırlıqlı olduğunu bildirərək deyib: İran İslam Respublikası hərhansı təhdidə qətiyyətli və dağıdıcı cavab verəcək.

General Palkovnik Qulaməli Rəşid bu gün Məşhəddə İslam İnqilabının Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanları toplusunda deyib: İran İslam Respublikası hərhansı təkfirçi-sionist məkrli plan qarşısında regionun hazırkı təhlükəsizlik və sabitlik nailiyyətlərini qətiyyətlə müdafiə edir. 

General Rəşid düşmənlərin təhdidlər qarşısında sarsılma durumunu inandırmaq cəhdlərinə və beləliklə də İran xalqı və dövlətinin iradəsi və gücünü sınamaq niyyətlərinə toxunaraq deyib: Bu mərhələdən keçid ötən illlərin təcrübələri kimi düşmənin təhdidlərinin mahiyyətinə varmağı tələb edir. 

Teqlər