İyul 03, 2018 09:03 Asia/Baku
  • Zərif iranlı diplomatın Almaniyada saxlanılmasına reaksiya verib
    Zərif iranlı diplomatın Almaniyada saxlanılmasına reaksiya verib

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Parisdə Münafiqlər terror qruplaşmasının iclasında bomba quraşdırmaqla bağlı əsassız ittiham işi ilə əlaqədar Almaniyada bir iranlı diplomatın saxlanılmasına reaksiyada Twitter səhifəsində yazıb: İran İslam Respublikası hər hansı məkanda istənilən terror və zorakılığı pisləyir.

Fransa paytaxtı Paris şənbə günü terrorçu Münafiqlər qruplaşmasının illik toplantısına ev sahibliyi edərək bir daha qərbin terrorçu yetişdirən rəmzinə çevrildi. 

İRİB-in məlumatına görə, Zərif İran İslam Respublikasının bu haqda bütün nigaranlıqlara cavab verməyə hazır olduğunu bildirərək əlavə edib: Təəccübləndirici haldır ki, İran heyətinin prezident Həsən Ruhani ilə birlikdə AVropaya səfər etməsi ilə yanaşı İranın əməliyyatı iddia olunub və bir nəfər saxlanılıb. 

Belçika rəsmilərinin bildirdiyinə görə, bu işlə əlaqədar iranlı diplomat Almaniyada saxlanılıb və bu şəxs İranın Avstriya paytaxtındakı səfirliyinin diplomatlarından biridir. 

Teqlər