İyul 03, 2018 17:58 Asia/Baku
  • Ordu generalı Cəfəri: Məlumat genişliyi və yüksək döyüş bacarığı Sepahın Quru Qoşunlarının uğurunun amilidir
    Ordu generalı Cəfəri: Məlumat genişliyi və yüksək döyüş bacarığı Sepahın Quru Qoşunlarının uğurunun amilidir

İslam İnqilabının Keşikçilər Korpusu Sepahın baş komandanı deyib: Sepahın Quru Qoşunları tapşırığında olan bölgələri müdafiə etmək üçün məlumat genişliyi və yüksək döyüş bacarığına malikdir və bu amillər bu qoşunların uğur qazanmasına səbəb olub.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri çərşənbə axşamı günü Məşhəddə Sepahın Quru Qoşunları komandanlarının toplantısında düşmənlərin xalq və islam quruluşu arasında boşluq yaratmaq ardınca olduğunu bildirərək deyib: Düşmənlərin səyləri İran xalqının ayıq-sayıqlığı ilə yəqin ki, məğlubiyyətlə üzləşəcək və İslam İnqilabı üçün parlaq gələcək həyata keçəcək. 

Həmçinin İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Quru Qoşunları komandanı general-mayor Məhəmməd Pakpur bu toplantıda deyib: Ötən bir ay ərzində Sepahın Quru Qoşunlarının şimal-qərb, qərb və cənub-şərqdəki əməliyyatı nəticəsində 8 terror dəstəsi məhv edilib. 

Teqlər