İyul 04, 2018 18:23 Asia/Baku
  • Dünya və Avropa öz mahiyyətini müdafiə etmək üçün ABŞ-ın birtərəfli rəftarları qarşısında dayanmalıdır
    Dünya və Avropa öz mahiyyətini müdafiə etmək üçün ABŞ-ın birtərəfli rəftarları qarşısında dayanmalıdır

İran İslam Respublikası bu gün Avropa Birliyindən ABŞ hökumətinin birtərəfli hərəkətlərini qətiyyətli və aydın formada qınaması gözlənildiyini deyərək, əlavə edib: Bir ölkə başçısının istəklərinin ölkə sərhədlərini aşması bu günkü dünyada qəbul edilməzdir və bütün ölkələr öz müstəqilliyi və mahiyyətini qorumaq üçün ABŞ-ın bu hərəkətləri qarşısında dayanmalıdır.

Həsən Ruhani çərşənbə günü Vyanada İran və Avstriyanın yüksək səviyyəli heyətləri arasında baş tutan birgə iclasda nüvə anlaşmasını dünyada qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində önəmli bir beynəlxalq anlaşma adlandırıb və İran əleyhinə sanksiyaların ləğv olunmasını istəyərək, İran ilə dünya ölkələri arasındakı iqtisadi əlaqələrin inkişaf etdirilməsini istəyib. Ruhani ABŞ-ın birtərəfli qaydada nüvə anlaşmasından çıxması və İrana qarşı sanksiyalar tətbiq etməsini də qınayıb və deyib: İran xalqı ABŞ-ın qeyri-qanuni rəftarları qarşısında müqavimət göstərəcək və Vaşinqtonun siyasətlərinin İran ilə dünya arasındakı əlaqələri korlamasına icazə verməyəcək.
İRan prezidenti həmçinin, İranın İraq və Suriyada terrorizm ilə mübarizədəki təsirli iştirakına işarə edərək, bu iştirakın həmin ölkələrin qanuni hökumətləri tərəfindən irəli sürülmüş rəsmi istək əsasında olduğunu bildirib və deyib: Terrorizm region və dünya üçün böyük bir təhdid hesab olunur və İranın terrorizm ilə mübarizəsi region və dünyada sabitlik və təhlükəsizlik amili olub.

Avstriya prezidenti Aleksandr Van Der Bellen də bu görüşdə Avstriyada yaşayan iranlıların mövqeyinə işarə edərək, ölkəsinin nüvə anlaşmasını və bu anlaşmanın bütün bəndlərinin icrasını dəstəklədiyini bildirib və deyib: ABŞ-ın sanksiyaları beynəlxalq qanunlara və insan haqlarına ziddir və Avstriya şirkətləri bu məsələyə qarşıdırlar.

Teqlər