İyul 05, 2018 10:21 Asia/Baku
  • Ruhani: ABŞ-ın sanksiyaları beynəlxalq cinayətdir

İran İslam Respublikası prezidenti ABŞ-ın İran əleyhinə sanksiyalarını beynəlxalq cinayət adlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani İran və Avstriya iqtisadi və ticarət fəallarının toplantısında ABŞ-ın İran əleyhinə sanksiyalarını İran xalqı əleyhinə sanksiya, vətəndaşların rifahı və həyatına problem yaratmaq adlandırıb və deyib: ABŞ hökumətinin bu hərəkəti bir növ cinayət, zülm və xalqların hüququna təcavüzdür. 

İran İslam Respublikası prezidenti Avstriya və İranın əsas müzakirələrinin Avstiya və İsveçrədə keçirildiyi Əhatəli Müştərək Təşəbbüs Proqramını qorumaqda qəti olduqlarını bildirərək əlavə edib: Hazırda bəzi qüdrətlər insanları öz hüquq və milli mənafeyindən məhrum etməyə çalışırlar. Dövlətlər qanunsuzluq və birtərəflilik qarşısında durmalı və təzyiqlər qarşısında təslim olmamalıdırlar. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə gecə Avstriyaya rəsmi səfərini başa vurub və Vyananı Tehran istiqamətində tərk edib. 

Teqlər