İyul 05, 2018 10:23 Asia/Baku
  • İran İslam Respublikası prezidenti Tehrana dönüb

İran İslam Respublikası prezidenti İsveçrə və Avstriyaya səfərini başa vurduqdan sorna bu gün səhər Tehrana dönüb.

İRİB-in məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin İsveçrəyə səfərində iki ölkənin elm, səhiyyə, müalicə və nəqliyyat sektorlarındakı əməkdaşlıqları üç əməkdaşlıq sənədinin imzalanması ilə genişləndi. 

İran İslam Respublikası prezidenti İsveçrəyə səfərində prezidentdən əlavə, iki ölkənin iş adamları və investorlarının iclasında iştirak etdi və onlarla danışıqlar apardı. 

Ruhani Avstriyaya səfərində də prezident, kanslar və baş yepiskopla görüşdən əlavə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə də görüşərək danışıqlar apardı. 

İran prezidenti həmçinin Avstriya prezidenti ilə birlikdə iki ölkənin özəl sektorunun iş adamları və investorlarının iclasında iştirak edərək ikitərəfli iqtisadi əməkdaşlıqların inkişaf etdirilməsi yollarını araşdırdı. 

Ruhani İsveçrə və Avstriyaya səfərində bu ölkədə yaşayan iranlılarla da görüşdü və onların toplantısında çıxış etdi. 

Teqlər