İyul 06, 2018 09:02 Asia/Baku
  • Zərif: Sanksiyalar və nüvə anlaşmasına sədaqət bir araya sığmır
    Zərif: Sanksiyalar və nüvə anlaşmasına sədaqət bir araya sığmır

İran İslam Respublikasının xarici işlər naziri Tvitterdə paylaşdığı bir yazıda Əhatəli Birgə Təşəbbüs Planında qalan ölkələrə xitabən deyib: Səhv etməyin, sanksiyalar və İranın nüvə anlaşmasında qalması bir arada olmaz.

Məhəmməd Cavad Zərif cümə axşamı Əhatəli Birgə Təşəbbüs Planına üzv ölkələrin xarici işlər nazirlərinin birgə komissiyasının bu gün cümə Vyanada baş tutacaq iclası barədə deyib: İran anlaşılmaz vədlər ardınca deyil. İran nüvə anlaşmasında qalan ölkələrin icrası mümkün olan öhdəliklərə əməl etməsini gözəliyir.

İranın xarici işlər naziri icrası nüvə anlaşmasında qalan ölkələrin icrası mümkün olan öhdəliklərinin İranın mənfəətləri ilə uyğun olmalı olduğunu da qeyd edib. 

Zərif həmçinin, birgə komissiyanın Vyana iclasında məqsədin praktiki addımların atılmasına şəraitin yaradılması adlandırıb və deyib: İran Avropa Birliyi, Rusiya və Çindən icrası mümkün olan aydın və konkret öhdəliklərlə çıxış etmələrini, anlaşılmaz və uzun müddətli vədlər verməkdən çəkinmələrini istəyir. 

İranın xarici işlər naziri nüvə anlaşmasında qalan ölkələrin xarici işlər nazirlərinin birgə komissiyasında iştirak etmək üçün Vyanaya səfər edib. 

BU gün cümə Əhatəli Birgə Təşəbbüs Planının birgə komissiyasının xarici işlər nazirləri səviyyəsində ilk iclasının bu gün Vyanada keçirilməsi planlaşdırılır. Bu iclasda İran, Almaniya, Fransa, Britaniya, Çin və Rusiya habelə, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini iştirak edəcək. 

Teqlər