İyul 11, 2018 10:42 Asia/Baku
  • Saridə Xəzər dənizi İxracatının İnkişafı üzrə Beynəlxalq Konfrans işə başlayıb
    Saridə Xəzər dənizi İxracatının İnkişafı üzrə Beynəlxalq Konfrans işə başlayıb

Xəzər dənizi İxracatının İnkişafı üzrə Beynəlxalq Konfrans Tacikistan, Rusiya, Türkmənistan, Azərbaycan Respublikası, Qazaxıstan, Gürcüstan, Əfqanıstan və Hindistandan gəlmiş əlli qonağın iştirakı ilə İranın Mazandaran vilayətinin mərkəzi olan Sari şəhərində işə başlayıb.

İranın Bəndər-Əmirabad özəl iqtisadi məntəqəsi, həmçinin limanlar və dənizçilik üzrə direktor Siyavuş Rezvani Xəzər dənizi İxracatının İnkişafı üzrə Beynəlxalq Konfransın açılış mərasimində deyib ki, bu konfrans Mazandaranda üç milyard dollarlıq ixracata nail olmaq məqsədilə keçirilir.

Rezvani əlavə edib: İxracatın artması cəmiyyətdə məşğulluq və iqtisadiyyatın inkişafı üçün mühüm yol və addımdır və səy göstərilir ki, beynəlxalq konfransların keçirilməsi, həmçinin xəzəryanı ölkələrdən ekspertlər, iş adamları və iqtisadi fəalların dəvət olunmaları ilə bölgədə eksport daha da rövnəq tapmış olsun.

Bəndər-Əmirabad özəl iqtisadi məntəqəsi, həmçinin limanlar və dənizçilik üzrə direktorun sözlərinə görə, bu beynəlxalq konfrans xəzəryanı ölkələrə dəniz ixracatının genişlənməsi fürsətləri və problemlərinin araşdırılması məqsədilə keçirilir.

2018-ci ilin əvvəllərində Şimal-Cənub beynəlxalq dəhlizi istiqamətində yerləşən Əmirabad limanından təqribən 115 min ton əmtəə malı yüklənibdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 faizlik artımdan xəbər verir.

Teqlər