İyul 17, 2018 09:14 Asia/Baku
  • Qasemi: İranın ABŞ əleyhinə şikayət etməsinin səbəbi dostluq müahidəsinin pozulmasına görədir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi İranın ABŞ əleyhinə şikayə etməsinin səbəbini beynəlxalq anlaşmanın və konkret olaraq iki ölkə arasındakı dostluq müahidəsinin pozulmasına görədir.

İRNA-nın məlumatına görə, Bəhram Qasemi bu gün İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən elan olunan İranın ABŞ əleyhinə şikayətini şərh edərkən deyib: ABŞ-ın İrana qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməsinin əvəzini çıxmaq məqsədilə İranın Xarici İşlər Nazirliyi digər orqanlar ilə ahəngdarlıq yaradaraq, beynəlxalq müahidələri və konkret olaraq iki ölkə arasında 1955-ci ildə imzalanmış dostluq və iqtisadi əlaqələr və konsulluq hüquqları anlaşmasını pozmasına görə ABŞ əleyhinə beynəlxalq cinayət məhkəməsinə şikayət etmək qərarına gəlib. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İranlı və xarici vəkillər və hüquqşünaslar ilə məsləhətləşdikdən sonra, İran İslam Respublikasının dostluq anlaşmasının pozulmasına dair şikayət ərizəsi 16 iyul tarixində rəsmən qeydə alınıb. 

Qasemi həmçinin deyib: Bu şikayət ərizəsində ABŞ-ın 8 may 2018-ci il tarixində İrana qarşı nüvə sanksiyalarının yenidən bərpa edilməsinə dair qərarı Vaşinqtonun beynəlxalq öhdəliklərinə xüsusilə 1955-ci ildə imzalanmış dostluq müahidəsinin 4, 7, 8, 9 və 10-cu maddələrinə olduğu bildirilir və Amerikanın bu rəftarlara son qoymaqla yanaşı, dəyən bütün zərər və ziyanlara görə kompensasiya ödəməli olduğu vurğulanır. 

Teqlər