İyul 18, 2018 08:21 Asia/Baku
  • İranlı zəvvarların ilk qrupu yola salınıb
    İranlı zəvvarların ilk qrupu yola salınıb

Beytullahil-həramın iranlı zəvvarlarını yolasalma mərasimi vəliyi fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi və iranlı hacıların başçısının iştirakı ilə İmam Xomeyni(r.ə) hava limanında keçirilib.

İRNA-nın verdiyi məlumata görə, bu gün səhər çağı 270 nəfərdən ibarət olan təməttö həcci zəvvarları karvanı Səudiyyə Ərəbistanına yola salınıb. 

İranın həcc və ziyarət təşkilaıtının sədrinin dediyinə görə, indiyədək təmətö həcci zəvvarları üçün 25 min elektron viza verilib və qalanı bir neçə gün ərzində veriləcəkdir. 

Cari ildə möhtəşəm təməttö həcci konqresinə iştirak üçün 85 min 200 iranlı hacı göndəriləcək. 

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei həcc mərasimi rəsmiləri ilə görüşündə bu vacibi mənəviyyət və siyasətin birləşməsi simvolu və onun ən əsas xüsusiyyətinin müsəlmanların müəyyən zaman və məkanda toplaşmaları olduğunu bildirərək deyiblər: Həqiqi həcc elə bir həccdir ki, bir tərəfdən müşriklərdən bəraətlə yanaşı olsun, digər tərəfdən isə müsəlmanların vəhdəti, yekdilliyi və söz birliyinə zəmin yaratsın. 

Teqlər