İyul 18, 2018 09:01 Asia/Baku
  • Əli Əkbər Salehi
    Əli Əkbər Salehi

İranın Atom Enerjisi Təşkilatının sədri islam inqilabının böyük rəhbərinin zənginləşdirməni 190 su-ya qaldırmaq üçün qısa zamanda lazımı hazırlığın əldə edilməsinə dair son fərmanı çərçivəsində müasir santrifuqalardan istifadə üçün Rotor istehsalı zavodunun təkmilləşdirilməsindən xəbər verib.

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei 2018-ci il 4 iyunda İran İslam Respublikası banisi həzrət İmam Xomeyninin(r.ə) vəfatının 29-cu ildönümü mərasimində İranın Atom Enerjisi Təşkilatının rəhbərinə Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində 190 min su-ya nail olmaq üçün qısa bir zamanda lazımı hazırlıqlar görmələri üçün göstəriş vermişdi. 

Əli Əkbər Salehi dünən İRİB-ə verdiyi müsahibədə İranın Atom Enerjisi Təşkilaıtnın islam inqilabının böyük rəhbərinin əmrini yerinə yetirmək istiqamətindəki təşşəbbüslərini şərh edərək deyib: Rotorqayırma zavodu nüvə müzakirələri gedərkən inşa edildi amma istifadəyə verilmədi, bu gün isə islam inqilabının böyük rəhbərinin fərmanı ilə tam istifadəyə verilib. 

İranın Atom Enerjisi Təşkilatının sədri rotorqayırma zavodunun son dərəcə müasir olduğunu və santrifuqalarla əlaqədar rotorların istehsalı üçün inşa edildiyini bildirərək deyib: Bu zavodun yekun istehsal qabiliyyəti gündəlik 60 İR6 sentrifuqası istehsal etməkdən ibarətdir. 

Salehi həmçinin deyib: UF6 ehtiyatlarını artırmaq və onları modernləşdirərək 190 su zənginləşdirməyə nail olmaq məqsədi ilə İsfahanın UCF zavodunun istifadəyə verilməsi Atom Enerjisi Təşkilatının islam inqilabının böyük rəhəbir və İİR prezidentinin fərmanları ilə həyata keçirdiyi digər təşəbbüslərindən ibarətdir.