İyul 18, 2018 10:08 Asia/Baku
  • Zərif: İran Avropadan konkret addımlar gözləyir
    Zərif: İran Avropadan konkret addımlar gözləyir

İranın xarici işlər naziri Amerikanın Əhatəli Meştərək Təşəbbüs Proqramından çıxmasından sonra Avropa ilə əlaqələrin əhəmiyyətini vurğulayaraq eyni zamanda xatırladıb ki, avropalıların nüvə sazişi qarşısındakı siyasi öhdəliklərindən əlavə bu gün onların konkret addımlarına ehtiyac var.

Məhəmməd Cavad Zərif Euronews-a verdiyi müsahibədə deyib: Avropa sadəcə bəyanat verməklə kifayətlənməməlidir ona görə ki, xüsusiylə bank əməliyyatları, investisiya, enerji, nəqliyyat eləcə də kiçik və orta ticarət obyektlərinə dəstək sahələrində Avropanın konkret yolların gözləyir. 

İranın XİN rəhbəri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın son görüşü və bu görüşdə Suriya böhranı ilə əlaqədar bir növ inteqrasiyaya təkid etmələri barədə deyib: Suriyanın taleyini bu ölkə xalqı müəyyənləşdirməlidir və suriyalılar bu gün ağır təzyiqlər, terrorçuların əməliyyatları və ifratçıların hücumları qarşısında yaxşı müqavimət nümayiş etdiriblər. 

Zərif deyib: İran Rusiya və Suriya dövləti ilə öz yaxşı əlaqələri və koordinasiyasını qoruyub-saxlayıb və bunu davam etdirəcək, bu gfün hər üç tərəfin məqsədi terrorizm və ifratçılıq ilə mübarizədən ibarətdir. 

Zərif həmçinin Amerika və onun müttəfiqlərinin Suriyadakı terrorçu qruplara gizli dəstəkləri barədə deyib: Donald Trampın "İran İŞİD-in məğlubiyyətindən faydalanmamalıdır" deməsi ABŞ prezidentinin terrorçu İŞİD qrupuna dəstəyini təsdiqləyən bəyanatdır. 

Teqlər