İyul 18, 2018 20:23 Asia/Baku
  • Xurma məhsulu yığımı -İran
    Xurma məhsulu yığımı -İran

Xurma fəsli Sistan və Bəluçestan sakinləri arasında həmişə sevinclə qarşılanır. Məhsul yığımının başlanması bütün evlərdə süfrələrin bəzəyinə çevrilən təzə xurma ölkənin digər şəhərlərinə də ixrac edilir.

Sistan və Bəluçestanda əsən isti küləklər xurma bağlarında məhsul yığımının müjdəsini gətirir.

Sistan və Bəluçestanda xurma məhsulunun yığılması dövrünə “Hamin” deyilir.

Xurma salxımlarının sarı, qızılı və qırmızı rəngə boyanması ilə bağ sahibləri öz əməklərinin bəhrəsini toplamağa başlayırlar.

 

Bağ sahibi deyir: “Bağda 3 işçi ilə işləyirəm və hər il təqribən 3-4 ton məhsul toplayıram.”

 

“Fənuc şəhərində təqribən 20 növ xurma yetişdirilir. Bunu nəzərə alaraq, Fənucda məhsul yığımı iyul ayının ortalarından başlayır və avqust ayında pik həddə çatır. Oktyabr ayında isə ən gec yetişən xurma növunun yığılması ilə məhsul yığımı başa çatır.”

 

“Hamin” özünəməxsus xüsusiyyətə malikdir. Fənuc əhalisi daim əliaçıq olub və xurması olanlar, öz məhsulundan xurması olmayanlara pay verirlər.”

 

Fənuc xurma bağlarının ümumi sahəsi 2500 hektardır. Burda yetişdirilən xurmalar ölkənin digər şəhərlərinə də ixrac edilir.