İyul 18, 2018 20:27 Asia/Baku
  • Kualalampurda İranlı sənətkarın əl işləri sərgisi keçirilir
    Kualalampurda İranlı sənətkarın əl işləri sərgisi keçirilir

Bu günlər Malayziyanın paytaxtı Kualalampurda İranlı sənətkar ustad Kavəndin əsərlərindən ibarət bir sərgi təşkil edilib. Sərgidə nümayiş etdirilən əsərlər öz gözəlliyi ilə hər bir insanın zövqünü oxşayır.

Öz gözəlliyi ilə hər bir izləyicini valeh edən bu gözəl əl işləri İran incəsənətinin nümunələri olaraq Asiyanın şərqinidə nümayiş etdirilməkdədir.

 

“Bu tablolatın hazırlanmasında keramika, ağac, kaşı və şüşədən istifadə edilib.”

 

Malayziyanın İslam İncəsənət Muzeyində təşkil edilmiş bu sərgi insanlar tərəfindən rəğbətlə qarşılanıb.

 

“Burda İran incəsənətinin gözəl nümunələrini müşahidə edirik. Son dərəcə gözəl yaradıcılığa malikdirlər.”

 

İranlı sənətkar öz  yaradıcılığı ilə qədim sənətə müasir çalarlar ilə yeni ruh bəxş edib.

 

“Mənim əsərlərimin Cənubi Afrika, Amerika, Fransa və digər ölkələrdən olan müştəriləri var.”

 

Bu əsərlər Bruney, İndoneziya və Malayziyada ayrı-ayrılıqda 60 sərgidə nümayiş etdirilib.

 

“Mən Quran ayəsini xristiyana satmışam, mən Quran ayəsini yəhudiyə satmışam. Bu İslam incəsənətinin gözəlliyinə görədir.”

 

“Dua”, “Fatima”, “Cavab” və “Allahın Adları” adlı şah əsərləri hər bir insanı heyran edir.

 

“Mən “Allahın Adları” adlı əsəri satın almışam. Hər dəfə bu gözəl əsərə baxdığım zaman, Allaha daha da yaxınlaşdığımı hiss edirəm.”

 

Bu isə Zəncanın Sultan Günbəzinə məxsus naxışlardır. Özündə İslam sivilizasiyasına məxsus incəsənət nümunələrini əks etdirən bu misilsiz əsərlər hələ son deyil və iranlı sənətkar yeni əsərlərinin də işıq üzü görəcəyindən xəbər verir.

 

“Bu əsərin hazırlanmasında  ağac, keramika və tirmədən istifadə olunub.”

 

Ustad Kavənd tərəfindən hazırlanmış və  yeni tərkibə malik olan bu gözəl naxışlara indi Malayziya və Cənubi Koreyada bir sıra məscid və abidənin üzərində də rast gəlmək mümkündür.

 

Kualalampurda təşkil edilmiş bu sərgi bir həftə davam edəcək.