İyul 19, 2018 19:49 Asia/Baku
  • İranın cənub-şərqində iki təhlükəsizlik əməkdaşı şəhid olub

İranın cənub-şərqində Zahidan şəhərinin təhlükəsizlik dairələri Korin bölgəsində iki təhlükəsizlik əməkdaşının şəhid olduğunu bildiriblər.

İRİB-in məlumatına görə, Zahidanın Korin bölgəsində təhlükəsizlik əməkdaşlarının silahlı dəstələrlə toqquşmasında Əlirza Şəhbəxş və Pərviz Şəhbəxş şəhid olub.

Zahidan rayonunun tabeliyində olan Korin Sistan və Bəluçestan vilayətində Zahidanın 80 km qərbində yerləşir.

Silahlı dəstələr son bir neçə ildə Sistan və Bəluçestan sərhəd bölgələrində terror aktları törədərək bir qrup İran İslam Respublikası vətəndaşı və sərhədçilərini şəhid etmişlər.

Sİranın ən böyük ostanı olan Sistan və Bəluçestanın Əfqanıstan və Pakistanla 1300 kilometrdən çox quru sərhədi, Oman dənizi ilə 310 kilometr dəniz sərhədi var.