İyul 21, 2018 13:32 Asia/Baku
  • Terror qrupları ilə toqquşmada İranın on təhlükəsizlik qüvvəsi şəhid olub
    Terror qrupları ilə toqquşmada İranın on təhlükəsizlik qüvvəsi şəhid olub

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının Həmzeye Seyyedoşşohəda(ə) qərargahının ictimai əlaqələr bölməsi bir məlumatda terror qrupları ilə toqquşmada İranın təhlükəsizlik qüvvələrindən on nəfərin şəhid olmasından xəbər verib.

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının Həmzeye Seyyedoşşohəda(ə) qərargahının ictimai əlaqələr bölməsi bu məlumatda bildirib: Cümə günü axşamçağı dünya imperializminin tabeliyində olan quldur dəstələri və əks-inqilabçı terrorçuların İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının Həmzeye Seyyedoşşohəda(ə) qərargahının İranın qərbində yerləşən Mərivan şəhərinin Dəri kəndindəki sərhəd postuna qarşı hücumu və sonradan sursat anbarının partlaması nəticəsində təhlükəsizlik qüvvələrindən on nəfər şəhid olub.

Məlumatda qeyd olunur ki, bu toqquşmada bir qrup terrorçu məhv edilib, bir qrup terrorçu da yaralanıb və ya qaçıbdır.

Məlumatda Həmzeye Seyyedoşşohəda(ə) qərargahı döyüşçülərinin və İranın sair müdafiə və təhlükəsizlik qüvvələrinin düşmənlərin fitnələri ilə mübarizə üçün məlumatlı və hazırlıqlı olmalarına işarə edilərək vurğulanıb ki, İran xalqının yanında heç bir bazaya malik olmayan terrorçu və əks-inqilabçı qaragüruhlar və onların himayədarları İslam döyüşçülərinin bu cinayətə qarşı sərt və ölümcül intiqamını gözləsinlər.

Teqlər