İyul 22, 2018 15:02 Asia/Baku
  • Tramp anti-İran kampaniyası təşkil edib

ABŞ prezidenti iğtişaş yaratmaq məqsədilə anti-İran kampaniyası təşkil edib.

Röytersin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranda iğtişaş və destabillik yaratmaq məqsədilə hücuma meylli açıqlamalar və canlı təmaslar kampaniyası təşkil edib.

ABŞ-ın bir neçə hazırkı və sabiq rəsmisi bildirib ki, bu kampaniya dövlət katibi Mayk Pompeo və prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton tərəfindən dəstəklənir.

Ağ Ev bu kampaniya haqda açıqlama verməkdən çəkinib və ABŞ Dövlət Departamenti də kampaniya, xüsusilə də Pompeonun rolunun olması haqda açıqlama verməkdən boyun qaçırıb.

ABŞ Dövlət Departamentinin farsdilli Twitter hesabı və bu departamentin portalı da 2018-ci il iyun ayında İran əleyhinə mesajlar yayımlamışdı.

ABŞ rəsmiləri z hərəkətlərinin nəticəsiz olmasına rəğmən İran əleyhinə siyasətlərini davam etdirirlər.

ABŞ dövlət katibi bazar günü Kaliforniya ştatında İran əleyhinə çıxış edəcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın xarici ölkələrdəki nümayəndəlikləriin rəhbərlərinin toplantısında ABŞ prezidenti Donald Trampa xitabən deyib: İran xalqı tarix boyu regionun təhlükəsizliyinin şah damarına zamin olub, Tramp aslanın quyruğu ilə oynamamalıdır. Çünki peşman olacaq.

Teqlər