İyul 22, 2018 17:23 Asia/Baku
  • Tehranın cənubunda beynəlxalq narkotik qaçaqçılığı mafiyası məhv edilib

İran Aeroportları Polisinin rəisi Tehranın cənubunda narkotik qaçaqçılığı ilə məşğul olan beynəlxalq mafiyanın aşkarlandığını və məhv edildiyini bildirib.

İran Aeroportları Polisinin rəisi general-leytenant Həsən Mehri bazar günü deyib: İranın şimal-şərqində Məşhəd və Tehran şəhərlərində fəaliyyət mərkəzi yaratmış narkotik maddələrin qaçaqçılığı ilə məşğul olan beynəlxalq mafiya Beynəlxalq İmam Xomeyni (rə) Aeroportu polisi tərəfindən ətraflı məlumatlar toplandıqdan sonra  müəyyənləşib və onun dörd üzvü həbs olunub.

General Mehri əlavə edib: Bu əməliyyatda kəşf olunan narkotik maddələrin həcmi 59 kiloqrama yaxındır. Belə ki, ixrac olunan mebel dəstində və 2 ədəd sənaye qaz avadanlığında ustalıqla yerləşdirilib və Londona göndərilmək üçün hazırlanıbmış.

İran Aeroportları Polisinin rəisi bildirib: Kanada, İngiltərə və Avstraliyaya narkotik maddələr aparmaqda keçmişi olan bu beynəlxalq mafiya narkotik maddələri elə bir formada yerləşdirib ki, mövcud avadanlıq və vasitələrlə onları müəyyənləşdirmək mümkün olmayıb və bu kəşf İmam Xomeyni (rə) Aeroportu polisinin ayıq-sayıqlığı və hazırlığı nəticəsində əldə olunub.

İran İslam Respublikası dünyada narkotik maddələrin qaçaqçılığı ilə mübarizə yolunda üç mindən çox şəhid və daha çox sayda yaralı verib.

BMT İranı narkotik madələrlə mübarizənin bayraqdarı adlandırıb.

Teqlər