İyul 22, 2018 18:58 Asia/Baku
  • General Şərif: Sepahın dəmir yumruğu terrorçuların hamilərinə birbaşa xərclər ödətməyə hazırdır

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın sözçüsü Mərivan şəhidlərinin əzəmətli şəkildə dəfn olunması mərasimini İranın qərbində Kürdüstan əhalisinin terrorçulara cavabı və Sepah və Xalqın ayrılmaz bağlarının nişanəsi adlandırıb və deyib: Sepahın dəmir yumruğu terrorçuların hamilərinə birbaşa xərclər ödətməyə hazırdır.

General-mayor Ramazan Şərif bazar günü İranın qərb sərhəd bölgəsində əks-inqilabçı terrorçularla son qarşıdurmada Sepahın Quru Qoşunlarının Həmzə Seyyidüş-Şühəda (ə) Qərargahı döyüşçülərinin şəhid olmalarına toxunaraq deyib: Sepahın Quru Qoşunları son illərdə, xüsusilə İranın ərazilərinin ətrafında İŞİD və təkfirçi terrorizm fitnəsinin peyda olmasından sonra, düşmənlərin təhlükəsizliyə qarşı plan və ssenariləri ilə mübarizə aparmaq üçün digər təhlükəsizlik və müdafiə qüvvələri ilə birlikdə xalqın təhlükəsizliyi və rifahını təmin etmək üçün uğurlu iştiraka malik olmuşdur.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın sözçüsü terror dəstələri, düşmən cəbhəsinin təhlükəsizlik və casusluq xidmətlərinin dəstəyinə malik muzdlulara ağır və böyük zərbələr vurmaq və onlarla mübarizə aparmağı Sepah və İranın digər təhlükəsizlik və kəşfiyyat xidmətlərinin hərtərəfli hazırlığı, məlumatlılığı və ayıq-sayıqcasına rolunun nəticəsi adlandırıb.

General Şərif bildirib: İranın sərhəd vilayətlərində nüfuz və destabillik yaratmaq üzrə düşmənlərin cəhdi sərhəd bazalarda yerləşən döyüşçülərin ayıq-sayıqlığı və hazırlığı, eləcə də bölgənin məlumatlı və qeyrətli sakinləriin əməkdaşlığı və dəstəkləri ilə uğursuzluğa uğramışdır.

Cümə gecə əks-inqilabçı və beynəlxalq imperializmdən asılı terrorçuların  İranın qərbində Mərivanın Dəri kəndində Sepahın Quru Qoşunlarının Həmzə Seyyidüş-Şühəda (ə) qərargahının sərhəd bazasına hücumu və ardınca silah-sursat anbarının partlaması nəticəsində 11 təhlükəsizlik qüvvəsi şəhid olub.

Bu qarşıdurmada bir qrup terrorçu öldürülüb və bir qrup da yaralanıb və ya qaçıb.

PJAK terror və əks-inqilabçı qrupu bu terror hücumunun məsuliyyətini üzərinə götürüb.

Teqlər