İyul 23, 2018 13:47 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi
    İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin açıqlamasını qınayaraq deyib: Bu utandırıcı sözlər nüvə sazişindən çıxdıqdan sonrakı durumda, bu məntiqsiz hərəkətlə öz məqsədlərinə çatmayan və dünyada təcrid olan ABŞ hökumətinin həddindən artıq acizliyinin nişanəsidir.

ABŞ dövlət katibi Mayk Poempo bazar günü gecə az sayda İran İslam Respublikası müxalifinin qarşısında İran əleyhinə mövqeyi bir daha sərgiləyərək Tehranı tam şəkildə qərbə zidd adlandırıb və deyib: Ağ Ev başqaları ilə əməkdaşlıq etməklə İranın neft satışını sıfıra endirmək üçün təzyiq və siyasəti davam etdirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ dövlət katibinin bu çıxışını sırf təbliğat xarakterli hərəkət adlandırıb və deyib: Bu sözlər ABŞ-ın İranın daxili məsələlərində müdaxiləsinin bariz nümunəsi və Vaşinqtonun regiondakı destabilləşdirici siyasətləri istiqamətində qiymətləndirilir.

Qasimi ABŞ-ın İran xalqına qarşı onlarla cinayətləri, o cümlədən qeyri-qanuni sanksiyalar tətbiq etmək, iranlıları terrorçu adlandırmaq, iranlıların ABŞ-da daxil etməsini məhdudlaşdırmaq və qadağan etmək, İrana hücum etmək üçün İraqın Bəəs rejimini dəstəkləmək kimi cinayətlərinə toxunaraq deyib: İranlılar ABŞ hökumətlərinin cinayətlərini unutmayacaqlar və onların müdaxiləçi açıqlamaları və hərəkətlərinə vahid şəkildə möhkəm cavab verəcəklər.

İran XİN-in sözçüsü bildirib: ABŞ dövlət katibinin sözləri onun hələ də iranlıların keçmişi və hazırkı durumu haqda dərin və düzgün məlumatı və anlayışdan məhrum olduğunu göstərir.