İyul 28, 2018 15:46 Asia/Baku
  • Sepah baş komandanının siyasi müavini ABŞ rəsmilərinin təhdidləri ilə bağlı xəbərdarlıq edib
    Sepah baş komandanının siyasi müavini ABŞ rəsmilərinin təhdidləri ilə bağlı xəbərdarlıq edib

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanının siyasi müavini ABŞ rəsmilərinin anti-İran təhdidlərinə reaksiyada belə xəbərdarlıq edib: Əgər bəziləri İranın maraqlarını təhlükəyə salmaq istəyərlərsə, İran İslam Respublikası da onların maraqlarını təhlükəyə salacaqdır.

General-mayor pasdar Yədullah Cəvani bu gün Təsnim xəbər agentliyi ilə müsahibədə Amerikanın təhdidləri ilə mübarizə üçün İranın müdafiə qüdrəti barədə belə deyib: Əgər amerikalılar zorakılığı əsas götürmüş olsalar, İranın silahlı qüvvələri İran xalqının maraqlarının qorunması istiqamətində öz bacarıq və qabiliyyətlərindən istifadə edəcəklər.

General Cəvani əlavə edib: İranın geopolitik mövqeyi elədir ki, şübhəsiz, İran İslam Respublikası olmadan regionun su yollarının təhlükəsizliyinin təmini müyəssər olmayacaqdır.

O, deyib: Bir ölkə istədiyi zaman İranın neft ixracatının qarşısını ala biləcəyi ilə hədələyərkən, İranın cavabı dağıdıcı bir cavab olacaqdır.

Teqlər