İyul 29, 2018 16:26 Asia/Baku
  • General Cəzairi: Düşmənlər İslam İnqilabı qarşısında nakam qalıblar

İran silahlı qüvvələrinin baş qərargah rəisinin müşaviri deyib: İran İslam Respublikasının düşmənləri o cümlədən Amerika İslam İnqilabı qarşısında nakam qalıblar.

General Məsud Cəzairi Ağ Ev başçıları və ABŞ medialarının İrana qarşı geniş təbliğatlarına işarə edərək, deyib: Amerikalılar İslam İnqilabından narahatdırlar və xeyli qəzəblidirlər.

İran İslam Respublikasının hazırkı regional və beynəlxalq mövqeyinə işarə edən general Cəzairi əlavə edib: Amerikalılar İran İslam İnqilabının hegomonçuluq və zorakılıq ilə müxalif olan ruhiyyəsinə qarşıdırlar.

İran silahlı qüvvələri baş qərargah rəisinin müavini əlavə edib: Amerikalılar daim İran  İslam Respublikasına zərbə vurmağa çalışırlar. Buna görə də bu məsələni özlərinin həmişəlik proqramlarına çeviriblər.

Teqlər