İyul 31, 2018 08:35 Asia/Baku
  • İran prezidentinin müşaviri Trampın açıqlamasına reaksiya verdi
    İran prezidentinin müşaviri Trampın açıqlamasına reaksiya verdi

İran İslam Respublikası prezidentinin müşaviri ABŞ prezidentinin İranla müzakirə haqda təklifinə reaksiyada deyib: Dialoqa ixtilafların həlli metodu kimi inananlar onlun parametrlərinə sadiq qalmalıdırlar.

İRNA-nın məlumatına görə, ABŞ prezidenti Donald Trampın ön şərt olmadan İslam Respublikası rəsmiləri ilə dialoqa hazır olması haqda açıqlamasından bir neçə saat sonra İran prezidentinin müşavinri Həmid Əbu Talibi bu təklifi şou adlandıraraq deyib: Sivilizasiyalı ictimaiyyətlərdə dialoqa ixtilafların həlli metodu kimi inananlar onun parametrlərinə sadiq qalmalıdırlar. 

Əbu Talibi ötən gecə ABŞ prezidentinin İran liderləri ilə "hər bir zamanda" və "heç bir ön şərt olmadan" görüşünə hazır olması haqda açıqlamasından sonra deyib: Ötən il də BMT Baş Assambleyasında İranın böyük xalqını hədələdikdən sonra ABŞ rəsmiləri iki prezidentin görüş məsələsini irəli sürmüşdülər. 

İran İslam Respublikası prezidentinin müşaviri əlavə edib: Hazırda ABŞ-ın Hərtərəfli Birfə Fəaliyyət Planından çıxmasından sonra, ABŞ prezidenti ön şərt olmadan İran İslam Respublikası ilə görüşü irəli sürüb. Onun əsas məqsədi ümumi fikri Vaşinqtonun nüvə sazişinə sədaqətizliyindən yayındırmaqdır. 

Əbu Talibi İranın böyük xalqına hörmət bəsləmək, düşmənçilikləri azaltmaq və ABŞ-ın nüvə sazişinə qayıtmağını İranla münasibətlərin çətin yolunu asanlaşdıran proseslər adlandırıb və əlavə edib: 2013-cü ildə BMT-də iki prezidentin telefon söhbəti bu inanca əsaslanırdı ki, dialoqun parametrlərinə sadiq qalmaqla etimadı yaratmaq istiqamətində addım atmaq olar. 

ABŞ prezidenti Donald Tramp İran əleyhinə düşmənçilik xarakterli açıqlamaları və hədələrinin artması ilə yanaşı yerli vaxtla bazar ertəsi günü günortadan sonra Ağ Evdə İtaliya baş naziri Cozeppe Konte ilə birgə mətbuat konfransında bildirib ki, heç bir ön şərt olmadan İran rəsmiləri ilə görüşməyə hazırdır. 

ABŞ prezidentinin ixtilafların həlli üzrə İranla müzakirəyə hazır olmaq haqda aldadıcı açıqlaması ilə yanaşı qeyd edək ki, Tramp 8 may tarixində İran əleyhinə əsassız ittihamları təkrarlayaraq Vaşinqtonun İranla nüvə sazişindən çıxdığını və İrana qarşı nüvə sanksiyalarının qayıdacağını elan etdi. 

Bununla belə Trampın bu hərəkəti yerli və beynəlxalq böyük qınaqlara tuş gəldi. Belə ki, Britaniya, Fransa, Rusiya, Çin, Almaniya və Avropa Birliyi nüvə sazişini tərəfləri olaraq bu beynəlxalq sazişi dəstəklədiklərini elan etdilər. 

Teqlər