İyul 31, 2018 17:00 Asia/Baku
  • Qasimi: İran dünyanın müxtəlif yerlərində terror aktını pisləyir
    Qasimi: İran dünyanın müxtəlif yerlərində terror aktını pisləyir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası dünyanın müxtəlif yerlərində hər hansı terror aktı, o cümlədən Tacikistanda əcnəbi turistlərə qarşı son aktı pisləyir.

İran Xarici İşlər Nazirliyinin Media Diplomatiyası Baş İdarəsinin verdiyi məlumata görə, XİN mətbuat katibi Bəhram Qasimi bir qrupun həlak olması və yaralanması ilə nəticələnən Tacikistanda əcnəbi turistlərə hücumdan təəssüflənərək bu terror aktını pisləyib.

Qasimi həmçinin Tacikistan Daxili İşlər Nazirliyinin İran əleyhinə bəyanatında elan olunan bəzi mənfi məqamları tənqid edərək deyib: İran İslam Respublikası bu hadisə ilə bağlı hər hansı əlaqəni və öz ərazisində təxribatçı işləri təlim keçmək istiqamətində bazanın mövcud olmasını təkzib edir və bu məsələnin cəhətlərini araşdırmaq üçün Tacikistanın əlaqədar qurumları ilə əməkdaşlıq etməyə hazırdır.

İran XİN sözçüsü belə əsassız məsələlərin irəli sürülməsini İran və Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin ziyanına adlandırıb və ümidvarlıq edib ki, tərəflər bir-birlərinin köməyi ilə ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində çalışacaq və düşmənlərin belə məsələləri qabartmaqla ikitərəfli münasibətlərdə boşluq yaratmalarına icazə verməyəcəklər.

İŞİD terror qruplaşması bazar ertəsi günü bir bəyanatda bildirib ki, bazar günü Tacikistanın cənubunda bu qrupun ünsürləri dörd əcnəbi terrorçunu öldürüb.

Tacikistan daxili işlər naziri Ramazan Rəhimzadə ikisi ABŞ, ikisi isə İsveçrə və Hollandiya vətəndaşları olan turistlərin avtomobillə vurulduğunu və sonra isə silahla qətlə yetirildiyini bildirib.

Teqlər