İyul 31, 2018 19:10 Asia/Baku
  • Xərrazi: Tramp hər şeydən öncə ABŞ-ın sabiq hökumətlərinin öhdəliklərini yerinə yetirməlidir
    Xərrazi: Tramp hər şeydən öncə ABŞ-ın sabiq hökumətlərinin öhdəliklərini yerinə yetirməlidir

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri ABŞ prezidentinin İran rəsmiləri ilə görüşmək üzrə təklifinə reaksiyada deyib: Donald Tramp hər şeydən öncə ABŞ-ın öncəki hökumətlərinin öhdəlikləri və beynəlxalq qaydalara hörmətlə yanaşdığını əks etdirməlidir.

Donald Tramp ötən gün İtaliya baş naziri Cozeppe Konte ilə keçirdiyi birgə mətbuat konfransında İran rəsmiləri ilə dialoq haqda suala cavabda deyib: "Hər bir zamanda" və "heç bir ilkin şərt olmadan" İran rəsmiləri ilə dialoqa hazırdır.

İRNA-nın məlumatına görə, İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərrazi bildirib: İran İslam Respublikası ABŞ-la müzakirələr və bu ölkə rəsmilərinin öhdəliklərini dəfələrlə pozmasından olan acı təcrübəni nəzərə alaraq Trampın təklifinə dəyər verməməsi təbiidir.

Xərrazi əlavə edib: ABŞ prezidenti danışıqları sevir və öz görüşləri və ziddiyyətli sözlərinin nəticələrinə o qədər də düşünmür.

ABŞ prezidentinin İranla müzakirəyə hazır olması haqda açıqlaması ilə yanaşı qeyd edək ki, Tramp 8 may tarixində İran əleyhinə əsassız ittihamları təkrarlayaraq Vaşinqtonun İranla nüvə sazişindən çıxdığını və ABŞ sanksiyalarının qüvvəyə minəcəyini elan etdi.

Teqlər