Avq 04, 2018 12:10 Asia/Baku
  • 
Astana Qazaxıstan, Türkmənistan və İran dəmir yolu xəttinin genişləndirilməsini vurğuladı
    Astana Qazaxıstan, Türkmənistan və İran dəmir yolu xəttinin genişləndirilməsini vurğuladı

Qazaxıstanın xarici işlər Astanada səfərdə olan naziri hindistanlı həmkarı ilə görüşdə iki ölkənin Qazaxıstan, Türkmənistan və İran dəmir yolu layihəsinin təkmilləşdirilməsində əməkdaşlıq edəcəyindən xəbər verib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Qazaxıstanın xarici işlər naziri Qeyrət Əbdürrəhmanov Hindistanın xarici işlər naziri Suşma Svaraj ilə birgə mətbuat konfransında deyib: İki ölkə nəqliyyat sahəsindəki əməkdaşlıqları ciddi formada izləyəcəklər. Xüsusilə İranın dəniz limanlarının potensiallarından faydalanmaq və Hind okeanına çıxış əldə etmək məqsədilə Qazaxıstan, Türkmənistan və İran dəmir  yolu layihəsinin təkmilləşdirilməsində iki ölkə əməkdaşlıq edəcək. 

Əbdürrəhmanov Hindistan və Qazaxıstanın müxtəlif regional və beynəlxalq məsələlərlə bağlı ortaq baxışa malik olduğunu deyərək, əlavə edib: Ötən il iki ölkə arasındakı ticarət mübadiləsinin həcmi bir milyar dollara çatıb. Bu rəqəmin daha da artıqılması üçün səylər davam edir. 

Qazaxıstan, Türkmənistan və İran dəmir  yolu layihəsinin icrasına 2014-cü ilin sonlarında başlanılıb. Bu layihənin təkmilləşdirilməsi ilə Çindən tutmuş Şərqi Avropaya qədər uzanan dəmir yolu marşrutundan istifadə imkanı yaranacaq. 

Teqlər