Avq 05, 2018 16:25 Asia/Baku
  • İxracatda inkişaf - İran
    İxracatda inkişaf - İran

İranın Kermanşah vilayətindəki gömrük məntəqəsinin müdiri ötən 4 ayda bu gömrük vasitəsilə məhsul ixracatında 45%-lik artımın qeydə alındığını bildirib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Xəlil Heydəri jurnalistlər qarşısında deyib: Ötən 4 ayda ümumi dəyəri 800 milyon 671 min 120 dollar dəyərində olan 1 milyon 672 min 769 ton əmtəə məhsulu Kermanşah gömrüyü vasitəsilə ixrac edilib. Bu rəqəm dəyər baxımından ötən ilin müvafiq dövrü ilə müqayisədə 45%-lik artıma malik olub. Çəki baxımından isə 21%-lik artım qeydə alınıb.

Teqlər