Avq 09, 2018 10:17 Asia/Baku
  • Laricani: Amerikalılar heç vaxt öhdəliklərinə əməl etmirlər
    Laricani: Amerikalılar heç vaxt öhdəliklərinə əməl etmirlər

İran İslam Şurası Məclisinin sədri deyib: Amerikalılar zamanı çox yaxşı danışırlar. Amma, icraya gəldikdə öhdəliklərinin heç birinə əməl etmirlər.

İRNA-nın məlumatına görə, Əli Laricani Tehranda Şimali Koreyanın xarici işlər naziri Ri Yong Ho ilə görüşdə amerikalıların anlaşmalarda öz öhdəliklərinə sadiq olmadıqlarını bildirib və deyib: İran İslam Respublikası ABŞ ilə müzakirə təcrübəsinə malikdir və bu müzakirələrdə amerikalıların öhdəlikləri də müəyyənləşib. Amma, onlar heç vaxt öz öhdəliklərinə sadiq qalmayıblar. 

Şimali Koreyanın xarici işlər naziri Ri Yong Ho da bu görüşdə Şimali Koreya və İran arasında əlaqələrin genişləndirilməsinə təkid edərək, ötən illər ərzində ölkəsinə etdiyi yardımlara görə İrana təşəkkür edib. 

Ri Yong Ho həmçinin, ölkəsinin Amerika ilə olan son müzakirələrinə işarə edib və deyib: Şimali Koreya ABŞ ilə müzakirələrdə öz öhdəliyinə əməl etməsinə və tərksilah yolunu seçməsinə baxmayaraq, nüvə elmini qoruyacaq. Çünki, amerikalıların düşmənçilikdən əl çəkməyəcəklərini yaxşı bilir. 

Teqlər