Avq 11, 2018 17:00 Asia/Baku
  • İran İslam Respublikası prezidenti sabah Qazaxıstana gedəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani xəzəryanı ölkələrin sammitində iştirak məqsədilə sabah Qazaxıstana səfər edəcək.

Bəhram Qasemi IRIB ilə müsahibədə Ruhaninin Qazaxıstan səfəri barədə belə deyib: Beş xəzəryanı ölkənin xarici işlər nazirləri bu gün Qazaxıstanda bir araya gələcəklər, Xəzər dənizi statusu konvensiyasının mətnini yenidən nəzərdən keçirərək, hazırlasınlar ki, sabah beş xəzəryanı ölkənin prezidentləri onu imzalamış olsunlar.

Qasemi bildirib ki, Xəzər dənizi statusu konvensiyası İran ilə dörd digər sahilyanı ölkənin iyirmi ildən çox göstərdiyi səyin məhsuludur. O, əlavə edib: Ölkələrin nəzərdə tutduqları cəhətlərin səksən faizindən çoxu bu konvensiyada yerləşdirilib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu gün beş xəzəryanı ölkənin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Qazaxıstana səfər edibdir.

İran, Rusiya, Azərbaycan Respublikası, Türkmənistan və Qazaxıstan beş xəzəryanı ölkədir.

Teqlər