Avq 16, 2018 08:31 Asia/Baku
  • İran Əfqanıstandakı terror aktını qınadı

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Əfqanıstan paytaxtı Kabildə törədilən terror aktını pisləyib.

İran Xarici İşlər Nazirliyinin Media Diplomatiyası Baş İdarəsinin məlumatına görə, mətbuat katibi Bəhram Qasimi çərşənbə günü Kabilin qərbində törədilən terror aktını qınayıb, terraktda həlak olanların yaxınları, zərərçəkənlər, hökumət və xalqın dərdinə şərik çıxıb. 

İran İslam Respublikasının Əfqanıstandakı səfirliyi də 48 nəfərin həlak olması ilə nəticələnən Kabil şəhərinin qərbində bir təhsil müəssisəsində məktəblilərə qarşı aktı pisləyib. 

Çərşənbə günü bir terrorçu Kabil şəhərində Mehdi (əc) təhsil mərkəzində məktəblilərin arasına girib və üzərindəki partlayıcı qurğunu işə salaraq 48 məktəblini qətlə yetirib, 67 nəfəri də yaralayıb. 

Teqlər