Avq 17, 2018 14:37 Asia/Baku
  • Tehranın cümə namazının xitabətçisi: İran düşmənin planları ilə qarşılaşmaq gücünə malikdir
    Tehranın cümə namazının xitabətçisi: İran düşmənin planları ilə qarşılaşmaq gücünə malikdir

Tehranın müvəqqəti imam cüməsi düşmənin İran iqtisadiyyatına zərbə vurmaq cəhdlərinə toxunaraq deyib: İran İslam Respublikası düşmənin iqtisadi planları ilə qarşılaşmaq üçün çoxlu qüdrətə malidir.

Höcətül-islam vəl-müdlimin seyid Məhəmməd Həsən Əbu-Turabifərd Tehranın bu həftəki cümə namazı xütbələrində Amerikanın İrana qarşı sanksiyalarına toxunaraq deyib: ABŞ-ın sanksiyaları İran iqtisadiyyatının çiçəklənməsi üçün fürsətdir. 

Əbu-Turabifərd azadələrin vətənə qayıtmalarının ildönümü gününə toxunaraq deyib: Azadələr İraqın bəs rejiminin həbsxanalarında ağır günlər keçirdilər və onlar iranlı şəhidlərin qanının müraciətçiləridirlər. 

Tehranın cümə namazının xitabətçisi İranın İraqın bəs rejimi qarşısında 8 illik müqəddəs müdafiəsinin ölkəni siyasi, elmi, iqtisadi və hərbi zirvələrə qaldırdığını bildirərək deyib: Livan, Suriya, İraq, Yəmən və Fələstin, İranın müqəddəs müdafiəsini nümunə götürməklə zalım qüvvələrlə mübarizə aparırlar.