Avq 17, 2018 21:28 Asia/Baku
  • Kontr Admiral Rəstqari: İranın müdafiə gücü davamlı önləyicilik mərhələsinə çatıb
    Kontr Admiral Rəstqari: İranın müdafiə gücü davamlı önləyicilik mərhələsinə çatıb

İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Locestik Dəstək Nazirliyinin Dəniz Sənayesi Təşkilatının sədri bu gün deyib: İİR-nin müdafiə gücü davamlı önləyicilik mərhələsinə çatıb.

İRNA-nın verdiyi məlumata görə, Kontr Admiral Əmir Rəstqari Rəşt şəhərinin cümə namazı xütbələrindən öncə etdiyi çıxışında İranın müdafiə sahəsindəki inkişafına toxunaraq deyib: İran İslam Respublikasının müdafiə sənayesi təşkilatı da bu gün müxtəlif növlu raketlər, sualtı gəmilər, təlim üçün təyyarələr, vertalyut və Pilotsuz Uçan Aparatlar istehsal edir. 

General Rəstqari deyib: İslam inqilabının İmam Xomeyninin(r.ə) rəhbərliyi ilə qələbəsi İran cəmiyyəti və silahlı qüvvələrində özünə inam və ümidvarlıq hisslərini yaratdı. 

Əmir Rəstqari həmçinin İİR-nin müqavimət cəbhəsinə dəstəyinə işarə edərək deyib: İran beynəlxalq hegemoniyanın regiona qarşı siyasətlər və planlarını puça çıxardı. 

Teqlər