Avq 18, 2018 11:23 Asia/Baku
  • İran ordusunun ilk esminesi
    İran ordusunun ilk esminesi "yaxın müdafiə sistemi" ilə təchiz olunub

İran İslam Respublikası ordusunun dəniz qoşunlarının komandanı İran ordusunun ilk esminesinin "yaxın müdafiə sistemi" ilə təchiz olunmasından xəbər verib.

Kontr-admiral Hoseyn Xanzadi Təsnim xəbər agentliyi ilə müsahibədə İranın "Kəmənd" tipli "yaxın müdafiə sistemi"nin quraşdırılmasının son durumu ilə bağlı bildirib ki, bu sistemin dəniz və sahil sınaqları uğurla keçirilib. O, deyib ki, bu sistem hazırda esmineslərdən birinin üzərində quraşdırılıb və ikinci esmines üzərində də tezliklə quraşdırılacaqdır.

Kontr-admiral Xanzadi əlavə edib: Hər bir hərbi gəmi müharibədə uğur qazanmaq üçün düşməni uzaqdan hədəfə alan bir sıra silahlara malikdir və bir sıra silahlara da malikdir ki, əgər düşmən onu hədəfə alarsa, onu zərərsizləşdirə bilsin.