Avq 19, 2018 18:15 Asia/Baku
  • İranın Vyanada beynəlxalq təşkilatlardakı səfiri OPEK-in qeyri-siyasi qalmasına təkid edib

İranın Vyanadakı beynəlxalq təşkilatlarda səfiri və daimi nümayəndəsi olan Kazıb Qəribabadi bəzi ölkələrin öz siyasi məqsədləri üçün OPEK-dən sui-istifadə etməyə çalışdığına işarə edərək, bu beynəlxalq təşkilatın qeyri-siyasi qalmasına təkid edib.

İRNA-nın məlumatına görə, Kazım Qəribabadi neft ixrac edən ölkələr təşkilatı OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə deyib: Beynəlxalq əlaqələr və enerji bazarındakı hazırkı gərgin dövrdə OPEK-in öz müstəqilliyini qoruması və qeyri-siyasi bir təşkilat olaraq qalması, üzv ölkələrə OPEK-dən siyasi məqsədlər üçün sui-istifadə icazəsi verməməsi xeyli önəmlidir. 

İranın Vyanada beynəlxalq təşkilatlardakı səfiri və nümayəndəsi ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinə də işarə edərək, deyib: Heç bir ölkə OPEK-ə üzv olan digər bir ölkənin payına yiyələnmək haqqına malik deyil. 

OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo da bu görüşdə deyib: OPEK-in müstəqilliyini qorumaq xüsusi önəm daşıyır və bu təşkilat daim müstəqil və qeyri-siyasi bir təşkilat olaraq qalmalıdır. 

Teqlər