Avq 20, 2018 08:43 Asia/Baku
  • Zərif: Nüvə sazişi ABŞ olmadan öz həyatını davam etdirir
    Zərif: Nüvə sazişi ABŞ olmadan öz həyatını davam etdirir

İran xarici işlər naziri ABŞ-ın sanksiyaya aludə olduğunu bildirərək deyib: Hərtərəfli Birgə Fəaliyyət Planı ABŞ olmadan da öz həyatını davam etdirir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN televiziyası ilə müsahibədə ABŞ-ın bir xəstəliyinin olduğnu və onun da sanksiyaya aludə olmaq olduğunu bildirərək deyib: Hətta ABŞ-ın sabiq prezidenti Barak Obama zamanında da bu ölkə sanksiyaları ləğv etmədiyi halda, sanksiyaların ləğvi haqda öz öhdəliklərinin yerinə yetirilməsini vurğulayırdı. 

ABŞ-ın 19 avqust 1953-cü ildə İran hökuməti əleyhinə çevrilişinə toxunan Zərif əlavə edib: ABŞ hələ də güman edir ki, 1953-cü ildə çevrilişdən sonra iqtidara gətirdiyi hökumətlə əməkdaşlıq etməkdədir. Buna görə, amerikalılar qafillik yuxusundan ayılmalıdırlar. 

İran xarici işlər naziri həmçinin İranın ABŞ-la müzakirəsini rədd edərək deyib: Nüvə sazişi ABŞ üçün sınaq idi. Lakin bu ölkə çox asanlıqla bu sazişi pozdu və yenidən müzakirə üçün Birləşmiş Ştatlara etimad etmək olmaz. 

Avropalıların Birləşmiş Ştatlar prezidenti Donald Trampa təzyiqinin onu öz fikrini dəyişməyə təşviq etdiyini bəyan edən Zərif bildirib: Hazırda ABŞ-ın ən yaxın müttəfiqləri bu ölkənin İran əleyhinə sanksiyalar tətbiq etməsi qarşısında müqavimət göstərirlər. Lakin Vaşinqton nüvə sazişinin avropalı tərəfləri qarşısında quldur xarakterli şəkildə addım atır. 

İran xarici işlər naziri son 40 il ərzində ABŞ hökumətinin İran xalqı əleyhinə təzyiqlərinə toxunaraq deyib: İran xalqı ABŞ-ın təzyiqləri qarşısında müqavimət göstərir və bu təzyiqlər onlara təsir göstərməyəcək. 

Teqlər