Avq 21, 2018 19:58 Asia/Baku
  • İranın vitse-prezidenti Qurban bayramı münasibəti ilə müsəlman dövlətlərini təbrik edib

İran İslam Respublikasının vitse-prezidenti ayrı-ayrı müraciətlərdə islam ölkələrindəki həmkarlarını Quraban bayramı münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edib.

İshaq Cahangiri çərşənbə axşamı günü təbrik müraciətlərində ümidvarlıq edib ki, zorakılıq, radikallıq, imperialistlərin əhdə sadiq qalmaması ilə mübarizədə islam ümməti həmrəyliyi və birliyini qoruyacaq və dünya müsəlmanları arasında sülh, dinclik, dostluq və sevgi artacaqdır.

Sabah 10 zilhəccə 1439-cu hicri qəməri ili, 22 avqust 2018-ci il müsəlmanların böyük bayramlarından səadətli Qurban bayramıdır.

Səadətli Qurban bayramında Allah Evini ziyarət edən müsəlmanlar Allahın göstərişi və onun razılığı üçün qurbanlıq kəsirlər və ilahi peyğəmbər Həzrət İbrahimin (ə) xatirəsini yaşadırlar.

Teqlər