Avq 22, 2018 12:00 Asia/Baku
  • Əli Əkbər Salehi
    Əli Əkbər Salehi

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Amerikanın nüvə sazişindən birtərəfli qaydada çıxması ilə Ərak ağır su stansiyasının təkmilləşdirilməsi üzrə işçi qrupda Britaniya Amerikanı əvəz etdi. Həmin işçi qrup İran, Amerika və Çinin iştirakı ilə təşkil edilmişdi.

Əli Əkbər Salehi bu gün İRİB-ə verdiyi müsahibədə İranın bütün nüvə işlərinin istənilən formada davam etdiyini və heç bir problemin olmadığını bildirərək deyib: Amerikanın nüvə sazişindən çıxmasına baxmayaraq yeni stansiyaların inşası üçün, istismar, araşdırma və inkişaf prosseslərində heç bir problem yoxdur və dərman istehsalı və xəstəxana inşası kimi fəaliyyətlər davam etməkdədir. 

İranın Atom Enerjisi Təşkilatının sədri Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının bərpasının İranın nüvə fəaliyyətlərinə heç bir təsiri olmadığını bildirərək deyib: İranın nüvə layihələrinin böyük hissəsi daxili potensiallara arxalanır yaxud Rusiya ilə birgə həayta keçirilir və Rusiya da öz öhdəliklərini əla şəkildə yerinə yetirib. 

Salehi həmçinin 2-ci Buşehr Atom Elekttrik Stansiyasının inşa əməliyyatının inkişafından xəbər verib və deyib: Hal-hazırda bu stansiya plandan daha irəlidədir və ümid edirik ki, 6 ilədək ikinci stansiya da istifadəyə veriləcək və ondan iki il sonra da 3-cü stansiya şəbəkəyə qoşulacaq. 

 

Teqlər