Avq 23, 2018 16:27 Asia/Baku
  • Neftin qiymətinin artması ABŞ-ın neft ehtiyatından istifadəsinə görədir
    Neftin qiymətinin artması ABŞ-ın neft ehtiyatından istifadəsinə görədir

İran İslam Respublikasının neft ixrac edən ölkələr təşkilatı OPEC-dəki nümayəndəsi deyib: ABŞ-ın strateji xam neft ehtiyatlarından istifadə etməsi sadəcə bu strateji məhsulun qiymətinin artmasına səbəb olur.

ŞANA-nın verdiyi məlumata görə, Hüseyn Kazımpur Ərdəbili Blomberq kanalına verdiyi açıqlamada deyib: ABŞ ehtiyatlarının satışı göstərir ki, digər istehsalçılar istehsalı artırmaq qabiliyyətinə malik deyillər. 

İranın OPEC-dəki nümayəndəsi deyib: Rusiya və Səudiyyə Ərəbistanı sadəcə öz ehtiyatları ilə istehsalı artırıblar ona görə ki, bu iki ölkə xam neftin istehsalını artırmaq qabiliyyətinə malik deyillər. 

ABŞ dövləti 20 avqustda bildirdi ki, özünün strateji xam neft ehtiyatından 11 milyon barrelini İrana qarşı sanksiyalardan irəli gələcək neft qiymətindəki artımın qarşısını almaq üçün satışa buraxacaq. 

Amerika nüvə sazişindən çıxdıqdan sonra müttəfiqlərini İrandan neft idxalatını sıfıra endirməyə çağırdı. 

İranın neft naziri Bijən Namdar Zəngənə öncə demişdi ki, İran Amerikanın neft siyasətləri ilə qarşılaşmaq üçün öz proqram və siyasətlərini həyata keçirib və bundan sonra da davam etdirəcək. 

Teqlər