Sen 04, 2018 16:36 Asia/Baku
  • Qasemi: İrandan Livana silahdüzəltmə təchizatlarının göndərilməsi iddiası ağ yalandır
    Qasemi: İrandan Livana silahdüzəltmə təchizatlarının göndərilməsi iddiası ağ yalandır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Foks Nyus telekanalının İrandan Livana silahdüzəltmə təchizatlarının göndərilməsi iddiasını təkzib edib.

Qərb rəsmiləri və medialarının İrana qarşı əsassız iddialarının davamında Foks Nyus telekanalı İrandan Livana silahdüzəltmə təchizatlarının göndərildiyini iddia edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün Əlaləm telekanalı ilə müsahibədə vurğulayıb: Son günlər və həftələrdə bu cür qeyri-düzgün xəbərlərin yayılması adi bir məsələyə çevrilibdir ki, bu da anti-İran mərkəzlərin İrana qarşı psixoloji müharibəsinin şiddətləndiyini göstərir.

Bundan öncə də İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Qərb rəsmiləri və mediaları tərəfindən İrandan İraqa ballistik raketlərin ötürülməsi barədə irəli sürülən iddianı təkzib edib və onu puç, mənasız və gülünc iddia adlandırmışdı.

Teqlər