Sen 09, 2018 11:40 Asia/Baku
  • Bəsrə olayı, İran və İraq xalqlarına qarşı məkirli plan olub
    Bəsrə olayı, İran və İraq xalqlarına qarşı məkirli plan olub

İranın İraqdakı səfirinin müavini deyib: Bəsrədə baş verən son hadisələr bir qrupun su-istifadəsi və İran və İraq xalqları arasında ixtilaf salmaq üçün son əlli ilin məkirli planları çərçivəsində həyata keçirilib.

Musa Əlizadə Təbatəbai dünən gecə İran Televiziyasının 2-ci kanalında Bəsrədəki İran konsulluğuna hücumun fürsətçillər tərəfindən həyata keçdiyini bildirərək deyib: Əcnəbi casusluq agentləri sosial şəbəkələrdə şayiələr yayaraq İran və İraq xalqları arasında ixtilaf salmaq istəyirlər. 

İranın Bağdaddakı səfirinin müavini deyib: İranın Bəsrədəki konsulluğuna hücumda hamıdan çox ziyan görən İraq xalqı oldu ona görə ki, viza almaq üçün konsulluğa müraciət edən iraqlı xəstələr və zəvvarların pasportları yandı. 

Asiya məsələləri üzrə ekspert Sədullah Zarei də Bəsrədəki son hadisələrə məişət problemləri və ictimai məsələlərin gətirib çıxartdığını bildirərək deyib: Bəsrə iğtişaşlarında saxlanılanlar hərəkətlərinin mütəşşəkkil formada həyata keçdiyini və Səudiyyə Ərəbistanının rolunu etiraf ediblər. 

Teqlər