Sen 11, 2018 13:45 Asia/Baku
  • Kontr-admiral Səyyari: İran müdafiə sahəsində özünü təmin həddinə çatıb

İran İslam Respublikası ordusunun baş komandan müavini kontr-admiral Səhhari deyib: İran İslam Respublikası müdafiə sahəsində özünü təmin həddinə çatıb.

Kontr-admiral Həbibullah Səyyari İran radiosunun "siyasət dünyası" verilişinə verdiyi müsahibədə İranın 40 ildir ki, sanksiyalara məruz qaldığına işarə edərək, deyib: Bu gün İranın silahlı qüvvələrinin bütün ehtiyacları ölkə daxilində təmin edilir. Və İran İslam Respublikası müdafiə sahəsində xaricdən asılılığa son qoyub.

İran İslam Respublikası ordusunun baş komandan müavini "Kövsər" qırıcısının hazırlanmasını buna aydın nümunə adlandırıb və deyib: Ordunun quru, hava və dəniz qoşunlarının bütün ehtiyacları hərbi müdafiə sənayesi tərəfindən təmin edilir. Həmçinin, yeni formalaşan elm təməlli şirkətlər də ordunun ehtiyaclarının böyük bir hissəsini təmin edirlər.

Teqlər