Sen 12, 2018 11:49 Asia/Baku
  • Xərazi: İran Avropanın konkret təşəbbüslərini gözləyir
    Xərazi: İran Avropanın konkret təşəbbüslərini gözləyir

İran İslam Respublikası xarici əlaqələr strateji şurasının sədri deyib: Tehran Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə əlaqədar Avropadan əlavə əməli addımlar gözləyir.

İRNA-nın verdiyi məlumata görə, Kamal Xərazi dünən gecə Pekin universite tələbələri ilə görüşündə Avropanın Amerikanın əksinə olaraq ƏMTP-na sadiq qaldığını xatırlayıb və deyib: Avropa ƏMTP çərçivəsində üzərinə düşənləri yerinə yetirməlidir və siyasi mövqelərində onu dəstəkləməlidir . 

Xərazi deyib: Avropa ƏMTP-ni himayə istiqamətində dondurma qanununun icrası kimi addımlar da atıb ancaq öz öhdəliklərini açıq-aydın yerinə yetirməyib. 

Xərazi deyib: İranın mərkəzi bankı ilə Avropa bankları arasında birbaşa əlaqələrin yaradılmsı, İranla əməkdaşlıq edən kiçik və orta şirkətlərə dəstək Avropanın ƏMTP-yə dəstək fəaliyyətləri çərçivəsində yer alır amma Avropanın himayə paketi hələ icra onunmayıb və Tehran gələn aylarda Avropanın himayələrinin həyata keçəcəyinə ümid edir. 

İran İslam Respublikası xarici əlaqələr strateji şurasının sədri Tehran ilə Avropa, Çin və Rusiya ilə əlaqələrin inkişaf etməkdə olduğunu bildirərək İranın ABŞ-ın təzyiqlərinə qarşı Çin və Rusiya ilə yaxın əməkdaşlıqlar apardığını xatırladıb. 

Teqlər