Sen 16, 2018 08:09 Asia/Baku
  • Bədr üzvləri İrana təşəkkürlərini bildirdilər
    Bədr üzvləri İrana təşəkkürlərini bildirdilər

İraqın Bədr Təşkilatının üzvləri və İraq parlamentindəki nümayəndələrindən ibarət bir qrup dünən İran İslam Respublikasının Bağdaddakı səfiri İrəc Məscidi ilə görüşüblər. Görüşdə İranın terrorizm ilə mübarizədə İraq dövləti və xalqına dəstəyi yüksək qiymətləndirilib.

İRNA-nın verdiyi məlumata görə, görüşdə iştirakçılar İranın Bəsrədəki konsulluğuna hücumu pisləyərək bildiriblər ki, dövlət binalarına, Həşdüşşəbiyə və İranın konsulluğuna  hücum aldanmış bir qrupun işi olub və Bəsrə əhalisi və İraq xalqı bu kimi hərəkətlərdə heç bir rola malik olmayıblar. 

İranın Bağdaddakı səfiri də çıxış edərək aldanmış bir qrupun İranın Bəsrədəki konsulluğuna hücumunun iki ölkə düşmənlərinin iki tərəfli əlaqələrə qarşı təxribatı adlandırıb. 

Məscidi iki xalq arasındakı çoxlu ortaqlıqları diqqətə çatdıraraq bildirib ki, müştərək düşmənlər tərəfindən bu kimi təxribatlar iki ölkə əlaqələrinə təsir edə bilməyəcək. 

İraqda sosial şəbəkələrin fəallarından ibarət bir qrup da dünən İranın səfirliyində olaraq İranın Bəsrədəki konsulluğuna hücumu pisləyib.