Sen 16, 2018 17:42 Asia/Baku
  • İranlı hacıların son qrupu İrana qayıdıb
    İranlı hacıların son qrupu İrana qayıdıb

İranın həcc və ziyarət təşkilatının rəhbəri iranlı hacıların sonuncu qrupunun da İrana qayıtmasından xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Həmid Məhəmmədi bu gün müxbirlərə deyib: Bu gün səhər sonuncu iranlı hacılar qrupu da Səudiyyə Ərəbistanını İran İslam Respublikası məqsədi ilə tərk etdi və bu ilki həcc mərasimində iştirak edən iranlı hacıların sayı 86 min nəfərdən ibarət oldu. 

İranın həcc və ziyarət təşkilatının rəhbəri həmçinin bu ilki həcc mərasiminin kənar məsələlər olmadan keçirilməsinin səbəbləri barədə deyib: Proqramların dəqiq icrası, hacılar və karvan rəhbərlərinə lazımı təlimlərin verilməsi bu ilki həccin daha uğurlu keçirilməsinin əsas səbəblərini təşkil edir. 

 

Teqlər