Sen 16, 2018 18:17 Asia/Baku
  • FƏTA polisi digər ölkələrlə əməkdaşlığa hazırdır
    FƏTA polisi digər ölkələrlə əməkdaşlığa hazırdır

İran İslam Respublikası nizam-intizam qüvvələrinin informasiya istehsalı və mübadiləsi atmosferi polisinin(FƏTA) rəisi deyib: İran virtual fəzada digər ölkələrə kömək etməyə hazırdır və öz təcrübələrini onların ixtiyarına verə bilər.

İRNA-nın verdiyi məlumata görə, general Kamal Hadianfər Tehranda BMT-nin cinayət və narkotiklərlə mübarizə ofisinin nümayəndəsi Aleksandr Fedulov ilə görüşündə deyib: FƏTA polisi virtual fəzada faktların toplanılması və araşdırılması təchizatlarına malikdir və bu sahədə 18 məhsul da istehsal edə bilib. 

İranın kibernetik polisinin rəisi beynəlxalq əməkdaşlıqların kibernetik cinayətlərlə mübarizədə təyinedici rola malik olduğunu bildirərək deyib: Dünyanın bir çox ölkələri virtual fəzadakı mövcud durumdan narazıdır və BMT bu sahədə daha ciddi rol oynamalıdır. 

Bu görüşdə Aleksandr Fedolov da BMT-nin kibernetik cinayətlərə xüsusi diqqət ayırdığını bildirərək deyib: BMT informasiya mübadiləsi, müasir təlimlər və lazımı potensialların hazırlanması sahələrində İranın kibernetik polisi ilə əməkdaşlığa hazırdır. 

Teqlər