Sen 19, 2018 08:47 Asia/Baku
  • Tasua axşamında islam inqilabının böyük rəhbərinin iştirakı ilə matəm mərasimi keçirilib
    Tasua axşamında islam inqilabının böyük rəhbərinin iştirakı ilə matəm mərasimi keçirilib

Hüseyn(ə) tasuası axşamında islam inqilabının böyürk rəhbərinin iştirakı ilə Tehranda İmam Xomeyni(r.ə) adına hüseyniyyədə matəm mərasimi keçirilib.

İslam inqilabının böyük rəhbərinin ofisinin informasiya portalının verdiyi məlumata görə, dövlət rəsmiləri və xalq kütlələrinin iştirak etdiyi bu mərasimdə Əhli beyt(ə) məddahları həzrət seyyidüşşühəda və həzrət Əbülfəzlil-Abbasın(ə) müsibətlərində növhə oxuyublar. 

Mərasimdə Əhli-beyt(ə) məddahları həzrət seyyidəşşühədanın(ə) matəmində növhələr oxuyublar. 

Şiələrin üçüncü imamı İmam Hüseynin(ə) şəhadət günləri münasibəti ilə matəm mərasimləri məhərrəmin 7-12-də altı gün müddətində İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilir. 

Şiələrin 3-cü imamı 61-ci hicri qəməri ili 10 məhərrəmdə Kərbəlada şəhid olmuşdur. 

Teqlər